Digər

Paşinyan bu türk lideri İrəvana dəvət etdi

04 Sep 2026, 13:32 4 baxış
Paşinyan bu türk lideri İrəvana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla telefon danışığı aparıb.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən məlumat verilib.


“Tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Paşinyan Berdiməhəmmədovu COP17 çərçivəsində keçiriləcək Liderlər Zirvəsində iştirak etmək üçün Ermənistana dəvət edib. Türkmənistan lideri də dəvəti qəbul edib”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər