Cəmiyyət

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

04 Sep 2026, 13:44 4 baxış
Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Azərbaycanın Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə əməkdaşlığı müasir texnologiyaların əldə edilməsi və kadr hazırlığı baxımından ölkəyə fayda verə bilər.


Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Vladimir Demidov deyib.


“Düşünürəm ki, ümumilikdə Azərbaycan bu əməkdaşlıqdan fayda götürə bilərdi. Nüvə energetikası uzunmüddətli sahədir və burada yalnız stansiyaların tikintisi və istismara verilməsi deyil, texniki dəstək, kadr hazırlığı və obyektin bütün istismar dövrü ərzində xidmət göstərilməsi də mühüm rol oynayır. Rusiyanın İrandakı “Buşehr” AES layihəsi digər ölkələrin də “Rosatom”a marağını artıra bilər. Xüsusilə Afrika nüvə energetikası üçün ən sürətlə inkişaf edən bazarlardan biridir”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər