Dünya

Avstraliyada zooparkda infeksiyaya yoluxan üç yaşlı qız öldü

04 Sep 2026, 14:00 4 baxış
Avstraliyada zooparkda infeksiyaya yoluxan üç yaşlı qız öldü
Avstraliyada zooparkda heyvanlarla təmasdan sonra xəstəxanaya yerləşdirilən üç yaşlı qız ölüb. Oxu.Az xəbər verir ki, bu barədə news.com.au məlumat yayıb. Bədbəxt hadisə Viktoriya ştatında qeydə alınıb. Heyvanlarla təmasdan sonra azyaşlı həyat üçün təhlükə yaradan infeksiya ilə tibb müəssisəsinə çatdırılıb. Məlum olub ki, uşaq beyin zədələnməsinə və böyrək çatışmazlığına səbəb olan "Escherichia coli" bakteriyasına yoluxub. O, altı həftə ərzində xəstəxanada müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq vəziyyətini yaxşılaşdırmaq mümkün olmayıb. Uşağın konkret hansı heyvandan infeksiyaya yoluxduğu açıqlanmır. Lakin bu növ bakteriyaların əsasən kənd təsərrüfatı heyvanları tərəfindən daşındığı məlumdur. Zooparkdan bildirilib ki, belə məkanlarda gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Eyni zamanda, valideynlərə övladlarının heyvanlarla ünsiyyəti zamanı daha diqqətli olmaları tövsiyə edilib. Xəbərdə bildirilir ki, bu hadisədən bir müddət əvvəl həmin zooparka gələn daha bir uşaq da xəstəxanaya yerləşdirilibmiş.
Mənbə oxu.az

Oxşar Xəbərlər