Cəmiyyət

Güneydə 6 il sonra uşağa şəxsiyyət vəsiqəsi verildi

04 Sep 2026, 13:38 4 baxış
Güneydə 6 il sonra uşağa şəxsiyyət vəsiqəsi verildi

Güney Azərbaycanın Maku şəhərində 6 yaşlı Çağrı adlı uşağa uzunmüddətli hüquqi mübarizədən sonra şəxsiyyət vəsiqəsi verilib.


Axar.az xəbər verir ki, bu barədə Maku Qeydiyyat İdarəsi məlumat yayıb.


Məlumata görə, Çağrı 26 iyul 2020-ci ildə anadan olub. Valideynləri onun üçün şəxsiyyət vəsiqəsi almaq məqsədilə müraciət etdikdə, Maku Qeydiyyat İdarəsi uşağın adını qanunsuz hesab edərək sənədin verilməsindən imtina edib.


2025-ci ilin may-iyun aylarında Maku Məhkəməsinin 3-cü şöbəsi də “Çağrı adının cəmiyyətdə geniş yayılmış adlar sırasında olmaması”nı əsas gətirərək uşağa şəxsiyyət vəsiqəsinin verilməsinə qarşı çıxıb.


Bundan sonra Çağrının valideynləri inzibati və hüquqi mübarizəni davam etdirərək məhkəməyə yenidən müraciət ediblər. Uzun sürən prosesdən sonra uşağın şəxsiyyət sənədi almaq hüququ bərpa olunub.


Nəticədə Makuı Qeydiyyat İdarəsi 29 iyul 2026-cı ildə Çağrı üçün şəxsiyyət vəsiqəsi tərtib edib.

Mənbə axar.az

Oxşar Xəbərlər