Cəmiyyət

Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ

04 Sep 2026, 13:28 3 baxış
Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə Oxu.Az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılıb: "Komissiya ərazidə araşdırma aparıb, təhlükəsizlik tam təmin edilməklə sakinlər evlərinə qaytarılıblar. Hazırda ərazidə vəziyyət stabildir". Xatırladaq ki, sentyabrın 1-də gecə saatlarında Goranboy rayonunda anbarda baş verən partlayışla bağlı ətraf ərazilərdəki sakinlər təxliyə edilmişdilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər