İdman

Renat Dadaşovun yeni klubu məlum oldu

04 Sep 2026, 13:44 3 baxış
Renat Dadaşovun yeni klubu məlum oldu
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın "Bukovina" klubu ilə anlaşıb. Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil. Məlumat üçün bildirək ki, "Bukovina" bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər