Cəmiyyət

Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO

04 Sep 2026, 02:36 8 baxış
Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO
Güclü leysan Qəbələ-Laza avtomobil yolunun bəzi hissələrini keçilməz hala salıb. Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü yağışlar nəticəsində Qəbələ-Laza yolunda ciddi fəsadlar yaranıb.

Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub. Bu səbəbdən yolda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Əraziyə səfər edən turistlər də kəndə getməkdə çətinlik çəkirlər. Əraziyə ağır texnikalar cəlb olunub, yolun bərpası istiqamətində işlər aparılır. Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yol vasitəsilə həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər