Digər
Avropalılar Ukraynaya ümid verir, amma... - Magyar
Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Avropa Birliyinin (AB) bir hissəsi ola bilməz.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar deyib.
"Ukrayna müharibə vəziyyətində olan bir ölkədir. Bəlli məsələdir ki, AB-yə qoşulmağa hazır deyil. AB və ya üzv dövlətlərin liderləri Ukraynanı buna inandırmağa çalışırlar, lakin mən bunu səhv hesab edirəm", - deyə o bildirib.
Magyar həmçinin qeyd edib ki, Ukrayna Zakarpatiyada macar milli azlığının hüquqlarını bərpa etmək öhdəliyini götürüb, lakin hazırda heç bir dəyişiklik görünmür.
Mənbə
axar.az