Maraqlı

Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı

04 Sep 2026, 05:32 6 baxış
Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı
"Döş qəfəsində yaranan ağrılar həm kardioloji, həm də psixosomatik mənşəli ola bilər". Oxu.Az xəbər verir ki, bunu RT-yə rusiyalı terapevt-kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin deyib. Onun sözlərinə görə, psixoemosional ağrılar zamanı EKQ-də heç bir dəyişiklik müşahidə edilmir. Bu cür ağrılar təşviş və həyəcan zamanı şiddətlənir, diqqəti başqa yerə yönəltdikdə, dincəldikdə və ya stresi yaradan amil aradan qaldırıldıqda isə tamamilə yox olur. "Ağrı həqiqətən ürəklə bağlı olduqda, o qədər kəskin və dözülməz olur ki, insan özünə yer tapa bilmir", - deyə ekspert qeyd edib. Həkim əlavə edib ki, belə hallarda ağrı gəzinti zamanı daha da artır, bədənin vəziyyətindən asılı olmur, güclü tərləmə və köməksizlik hissi ilə müşayiət olunur. Eyni zamanda, EKQ-də artıq müvafiq patoloji dəyişikliklər aydın görünür. "İnsan sözün əsl mənasında göz önündə solmağa başlayır, çünki bəzən qan təzyiqi aşağı düşür, ayaqlar isə tutulur. Bunun mümkün səbəblərindən biri kimi miokard infarktını misal çəkmək olar", - kardioloq bildirib. Kondraxin vurğulayıb ki, bu simptomların bir yerdə müşahidə olunması dərhal təcili tibbi yardımın çağırılmasını tələb edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər