Digər

Tramp Kanadanı belə parçalayır: Separatizm meylləri...

04 Sep 2026, 08:00 2 baxış
Tramp Kanadanı belə parçalayır: Separatizm meylləri...

Kanadanın Alberta əyalətinin ölkənin qalan hissəsindən ayrılması ilə bağlı müzakirələr davam edir. Artıq məsələ ilə bağlı referendum 19 oktyabrda keçiriləcək.


Axar.az xəbər verir ki, "Nyu York Tayms" qəzetinin müxbiri bölgəyə baş çəkib və ABŞ-ın yerli əhalinin qərarına təsirini öyrənib.


Məqalədə separatizmin Kanada üçün yeni bir ideya olmadığını qeyd edilir. Son 20 ildə məsələni arxa plana atmaq cəhdləri edilib. Lakin bu müzakirələr ABŞ Prezidenti Donald Trampın qismən fəal dəstəyi sayəsində hazırda intensivləşir.


Nəşr qeyd edir ki, Trampın Kanada hakimiyyətinə qarşı ittihamları, tarif müharibəsinin şiddətlənməsi və sərhədlə bağlı spekulyasiyalar bu yöndə diskussiyaları gücləndirir.


Qeyd edilir ki, ABŞ Cənubi Amerika və Avropanın bir çox ölkəsində seçkilərə müdaxilə edib. Albertada MAGA-nın iştirakı müxtəlif formalarda olub. Xüsusilə, Kanadadan ayrılma tərəfdarları prosesi müzakirə etmək üçün dəfələrlə Tramp administrasiyasının rəsmiləri ilə görüşüblər. Lakin Tramp Kanadanı zəif və ABŞ-dan asılı kimi təsvir etməklə bu ölkədə separatizmə təkan verib.

Mənbə axar.az

Oxşar Xəbərlər