Şou biznes

Reper Diddinin həbs müddəti azaldıldı

03 Sep 2026, 21:24 11 baxış
Reper Diddinin həbs müddəti azaldıldı
Amerikalı reper P.Diddinin (əsl adı - Şon Kombs) həbs müddəti azaldılıb. Oxu.Az bildirir ki, bu barədə "RIA Novosti" agentliyi ABŞ həbsxanalarının məlumat bazasına istinadən xəbər verir. Sənətçinin azadlığa buraxılma tarixi 2028-ci il fevralın 5-i göstərilib, halbuki daha əvvəl bu, fevralın 20-nə planlaşdırılmışdı. Xatırladaq ki, 2025-ci il oktyabrın əvvəlində Nyu-York məhkəməsi reperi dörd il iki ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu fahişəliyə cəlb etmək məqsədilə insanların daşınması üzrə iki epizod üzrə təqsirli bilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər