Siyasət
Tramp əsəbiləşdi: "Hazırkı vəziyyətimiz məni daha çox qane edir"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranla silahlı münaqişənin sonlandırılmasına dair hər hansı bir razılaşma əldə etməyə can atmadığını bəyan edib. Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə özünün "Truth Social" şəbəkəsindəki hesabında paylaşım edib. "Saxta "ABC News" tərəfindən yayılan məlumatların əksinə olaraq, mən İranı danışıqlar masasına əyləşdirməyə çalışmıram. Onlar üçün heç bir əhəmiyyəti olmayan bir müqaviləni imzalayıb-imzalamamaları mənim üçün qətiyyən maraqlı deyil. Hazırkı vəziyyətimiz məni daha çox qane edir. Belə ki, Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, onların iqtisadiyyatı isə tamamilə çökür. Onlar sadəcə qaçılmaz olanı ləngidirlər. Bəs İran xalqı nə vaxt üsyan edərək mübarizəyə qalxacaq?" - deyə Donald Tramp qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər