Dünya

ABŞ-nin İrana zərbələri: Toy mərasimində həlak olanlar və yaralananlar var

02 Sep 2026, 00:54 25 baxış
ABŞ-nin İrana zərbələri: Toy mərasimində həlak olanlar və yaralananlar var
ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində Sirik şəhərində toy mərasiminin azı iki iştirakçısı həlak olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hörmüzgan əyalətinin başçısının müavini Əhməd Nəfisi məlumat verib. "Sirikə hücum zamanı, təəssüf ki, toy mərasiminin keçirildiyi yaşayış binası zərbəyə məruz qalıb. Bu insident nəticəsində iki nəfər həlak olub, orada iştirak edən çoxlu sayda insan isə xəsarət alıb", - deyə o, İran dövlət televiziyasının efirində bildirib. Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər vermişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər