Cəmiyyət

Babək prospektində KİA yandı - Video

01 Sep 2026, 17:21 23 baxış
Babək prospektində KİA yandı - Video

Paytaxtın Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində KİA markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər