Cəmiyyət
Sabirabadın bəzi kəndlərində qaz olmayacaq
Sabirabad rayonunun 6 kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sentyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmalı, Şıxsalahlı və Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər