Cəmiyyət

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb

01 Sep 2026, 13:40 27 baxış
Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb. Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunublar. Fakt üzrə araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər