Cəmiyyət
Mehdibad sakinləri üfunətdən gileylənirlər: "İydən boğuluruq" - VİDEO
Abşeron rayonunun Mehdibad qəsəbəsi, Sülh küçəsində antisanitar vəziyyət hökm sürür. Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, küçədə məişət tullantıları vaxtında ərazidən götürülmür və nəticədə yol kənarında böyük miqdarda zibil toplanıb. "İydən boğuluruq, ətrafı üfunət bürüyüb", - deyə sakinlər bildiriblər. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər