Cəmiyyət
Vüqar Qurbanovun qohumu vəzifədən azad edildi
Zaqatala Mərkəzi Rayon Xəstəxanasının direktorunun müavini Camal Qardaşov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Axar.az lent.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB sədri Anar Bayramov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Camal Qardaşov TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun yaxın qohumudur.
Mənbə
axar.az
Oxşar Xəbərlər