Cəmiyyət
Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə amerikalı senator Stiv Deynzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının müxtəlif istiqamətlər üzrə ardıcıl inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin regionda gedən proseslər və cari hadisələr barədə fikir mübadiləsi aparıblar.
Görüşdə TRİPP layihəsinin regionda kommunikasiyaların blokadadan çıxarılması və inkişaf etdirilməsində rolu da müzakirə olunub.
Tərəflər layihənin icra vəziyyəti və qarşıdakı planlarla bağlı fikir mübadiləsi aparıblar.
Mənbə
axar.az
Oxşar Xəbərlər