Cəmiyyət

“Bravo”dan 450 manatlıq yağ oğurladı, həbs edildi

01 Sep 2026, 10:22 49 baxış
“Bravo”dan 450 manatlıq yağ oğurladı, həbs edildi

Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs həbs edilib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “Bravo” marketdə baş verib.


Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü Şövqi Cahid oğlu Bağırov marketdən 450 manat dəyərində yeyinti məhsulları olan yağ oğurlayıb.


Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə iş qaldırılıb.


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 2 ay müddətinə inzibati qaydada həbs edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər