Dünya

Oman sahillərində Hörmüz boğazından keçən tankərə hücum edilib - FOTO

01 Sep 2026, 09:52 28 baxış
Oman sahillərində Hörmüz boğazından keçən tankərə hücum edilib - FOTO
Hörmüz boğazından tranzitlə keçən ticarət tankerinə Oman sahilləri yaxınlığında hücum təşkil olunub. İnsidentin Əl-Xəsab liman şəhərindən 17 dəniz mili şərq istiqamətində baş verdiyi bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) yayıb. "UKMTO Omanın Əl-Xəsab şəhərindən 17 dəniz mili uzaqlıqda baş verən hadisə ilə bağlı məlumat əldə edib. Tanker Hörmüz boğazı vasitəsilə çıxış tranziti həyata keçirərkən üç naməlum mərmiyə tuş gəldiyini xəbər verib", - deyə məlumatda qeyd olunub. Xəbərə görə, gəminin heyət üzvləri zərər çəkməyib və onların təhlükəsizliyi tam təmin olunub. Hələlik yanacaq sızması və ya ətraf mühitə ziyan vurulması riski müşahidə edilmir. Aidiyyəti orqanlar tərəfindən hadisə ilə bağlı rəsmi təhqiqata başlanılıb.
Oman sahillərində Hörmüz boğazından keçən tankərə hücum edilib - FOTO Oman sahillərində Hörmüz boğazından keçən tankərə hücum edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər