Cəmiyyət

Ağdama yeni nəfəs qayıdır: 117 ailə doğma yurduna yola düşür

01 Sep 2026, 06:43 29 baxış
Ağdama yeni nəfəs qayıdır: 117 ailə doğma yurduna yola düşür
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oxu.Az xəbər verir ki, sentyabrın 1-də Ağdam şəhərinə növbəti köç həyata keçiriləcək. Belə ki, Bakıdan yola düşəcək növbəti köç karvanı ilə Ağdam şəhərinə 117 ailə olmaqla, 362 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər