Cəmiyyət

Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq

01 Sep 2026, 01:49 34 baxış
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Köln şəhərində 12–13 sentyabr-da səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.


Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında məlumat paylaşılıb.


Bildirilib ki, səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.


"Müraciət etmək istəyən vətəndaşlardan 7 sentyabr 2026-cı il tarixinədək ad, soyad, ata adı, pasportun surəti və telefon nömrəsini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər