Dünya
SEPAH: "İran raket arsenalının 90 faizini qoruyub saxlayıb"
İran raket arsenalının 90%-ni qoruyub saxlamağa müvəffəq olub və bu arsenal yüksək templə bərpa olunur. Oxu.Az "Al-Mayadeen" telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəğdi bildirib. "Raket arsenalı yenilərinin hesabına artır, istehsal tempi isə onların istifadəsini üstələyir", - deyə o, telekanalın jurnalisti ilə söhbətində vurğulayıb. Xatırladaq ki, avqustun 31-də İran qoşunları İordaniya ərazisindəki ABŞ hərbi bazalarına zərbələr endirib. SEPAH-dan bildirilib ki, Amerikanın iki hərbi obyektində qırıcıların yerləşmə məntəqələri və texniki xidmət infrastrukturu məhv edilib.
Mənbə
oxu.az