Dünya
Ermənistan-Türkiyə biznes-forumu keçiriləcək
Bu ilin iyun ayında Qarsda çox uğurlu biznes forumu keçirilib və burada Ermənistan tərəfi böyük heyətlə təmsil olunub. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. "Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes forumunu Ermənistanda keçirməyi planlaşdırırıq", - deyə o qeyd edib. Mirzoyan əlavə edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.
Mənbə
oxu.az