Dünya

Zelenski müşavirini vəzifədən azad etdi

01 Sep 2026, 00:48 39 baxış
Zelenski müşavirini vəzifədən azad etdi
Ukrayna Prezidenti Volodimir Zelenski strateji məsələlər üzrə müşaviri Aleksandr Kamişini vəzifəsindən azad edib. Oxu.Az xəbər verir ki, dövlət başçısının bununla bağlı 31 avqust tarixli sərəncamı onun saytında dərc olunub. Sərəncamda Kamişinin vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Bildirilir ki, Kamişin bu vəzifədə ştatdankənar əsaslarla çalışıb. Kamişin özü isə "Telegram" kanalında prezidentin strateji məsələlər üzrə müşaviri vəzifəsində fəaliyyətini başa çatdırdığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər