Dünya

Yaponiyanın mərkəzindəki ticarət zonasında irimiqyaslı yanğın qeydə alınıb - VİDEO

31 Aug 2026, 15:08 18 baxış
Yaponiyanın mərkəzindəki ticarət zonasında irimiqyaslı yanğın qeydə alınıb - VİDEO
Yaponiyanın mərkəzində İse şəhərindəki (Miye prefekturası) ticarət məhəlləsində irimiqyaslı yanğın hadisəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı yerli ictimai televiziya yayımlayıb.

Televiziya kadrlarına əsasən, alov ticarət zonasındakı bir neçə binanı eyni anda bürüyüb. Hadisə yerinə ən azı 10 yanğınsöndürən briqadası cəlb olunub. Hazırkı vaxtadək xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Ticarət məhəlləsinin yaxınlığında turistlərin tez-tez ziyarət etdiyi məşhur İse məbədi də yerləşir. Alovun məbəd kompleksinə keçib-keçmədiyi hələlik dəqiqləşdirilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər