Cəmiyyət
Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
Kürdəmirdə işıqlandırılmayan yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb. Sakinlərin Baku TV-yə dediklərinə görə, ərazidə yolun işıqlandırılmaması, eləcə də sərt döngələrdə yol nişanlarının olmaması sürücülər üçün ciddi təhlükə yaradır.
"Qaranlıqdır, görünmür. Mal-qara yola çıxır. Sərt döngədir, işıqsızdır. Sürücü də gəlir, görmür, düşür", - sakinlərdən biri deyib. Digər sakin isə bildirib ki, ərazidə əvvəllər də bir neçə qəza baş verib: "Kənd camaatı yolu bilir, amma kənardan gələn sürücülər bilmirlər. Xahiş edirik ki, bu yol işıqlandırılsın. Burada üç-dörd belə hadisə olub. Sərt döngələrdir, yol nişanları qoyulmur, işıqlandırma yoxdur".

Mənbə
oxu.az