Digər

Rusiya danışıqlara açıqdır - Kreml

30 Aug 2026, 21:36 3 baxış
Rusiya danışıqlara açıqdır - Kreml

Rusiya Ukrayna münaqişəsinin həlli üçün danışıqlar prosesinə açıq qalır, lakin hazırda onun davam etdirilməsi üçün heç bir ilkin şərt yoxdur.


Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Ukrayna üzrə danışıqlar qruplarının işinin İstanbulda davam etdirilməsi məsələsini müzakirə edib-etməyəcəyi barədə suala cavab olaraq bildirib.


"Biz bu cür danışıqlara açıq qalırıq. Təəssüf ki, hələlik ilkin şərtlərin mövcudluğunu qəbul edə bilmərik. Onlar sadəcə mövcud deyil", - deyə Peskov vurğulayıb.


Qeyd edək ki, Putin və Ərdoğan arasında görüşün 1 sentyabrda Bişkekdə ŞƏT sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər