Digər
Marseldə atışma: ölən və yaralananlar var
Fransanın cənubundakı Marsel şəhərində atışma nəticəsində ən azı bir nəfər ölüb və dörd nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Atışma avqustun 29-dan 30-na keçən gecə baş verib. İlkin məlumatlara görə, münaqişənin səbəbi narkotik ticarəti ola bilər.
Telekanalın məlumatına görə, iki şübhəli hadisə yerindən qaçıb. Polis araşdırmaya başlayıb.
Mənbə
axar.az