Cəmiyyət

Paytaxta güclü leysan gəlir: Dağ çaylarından isə sel keçə bilər

30 Aug 2026, 19:48 4 baxış
Paytaxta güclü leysan gəlir: Dağ çaylarından isə sel keçə bilər
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Paytaxta güclü leysan gəlir: Dağ çaylarından isə sel keçə bilər Paytaxta güclü leysan gəlir: Dağ çaylarından isə sel keçə bilər
Mənbə oxu.az

Oxşar Xəbərlər