Digər

Rusiya meşə yanğını yaşayış sahələrinə çatır

30 Aug 2026, 21:47 5 baxış
Rusiya meşə yanğını yaşayış sahələrinə çatır

Rusiyanın Anapa şəhərində yaxınlığında genişmiqyaslı meşə yanğını yaşayış binalarına çatıb.


Axar.az xəbər verir ki, bu barədə “Mash Teleqram” kanalı məlumat verib.


Bildirilib ki, ən gərgin vəziyyət Alekseyevka ərazisindədir, yanğın yaşayış sahələrinin bir neçə metrliyinə çatıb. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.


Məlumata görə, yanğın Çemburka adlanan ərazidə başlayıb, təxminən 10 hektar ərazini əhatə edir və 80 xilasedici, 25 texnika yanğını söndürmək üçün çalışır.

Mənbə axar.az

Oxşar Xəbərlər