Cəmiyyət

Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək

30 Aug 2026, 18:32 4 baxış
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək

NASA-nın yeni “Nensi Qreys Roman” teleskopu “Habl”ın bir əsrə edə biləcəyi işi bir ay ərzində görə biləcək.


Axar.az xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib.


Məlumata görə, təxminən 4 milyard dollara başa gələn “Nensi Qreys Roman” Kosmik Teleskopu Floridadan “SpeysX” şirkətinin “Falcon Heavy” raketi ilə buraxılıb.


Teleskop ekzoplanetləri axtaracaq, qaranlıq maddə və qaranlıq enerjini öyrənəcək və ilk ilində 2 milyarddan çox qalaktikanı müşahidə edəcəyi gözlənilir.


Missiya beş il davam edəcək və ilk görüntülər 2027-ci ilin əvvəllərində gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər