Dünya

Londonda qol yağışı: "Çelsi" yeddi qolluq dueldən qalib ayrıldı - VİDEO

30 Aug 2026, 19:24 4 baxış
Londonda qol yağışı: "Çelsi" yeddi qolluq dueldən qalib ayrıldı - VİDEO
İngiltərə çempionatının ikinci turunda "Çelsi" doğma meydanda "Brayton"u 4:3 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, 24-cü dəqiqədə künc zərbəsindən sonra Romeo Lavia hesabı açıb. Bir neçə dəqiqə sonra Morqan Rocersin ötürməsindən yararlanan Pedro Neto fərqi iki topa çatdırıb. 32-ci dəqiqədə Joao Pedro "Çelsi"nin üçüncü qolunu vurub. "Brayton" fasiləyə qədər fərqi azaldıb. Malik Yalkuye 45-ci dəqiqədə komandasının ilk qoluna imza atıb. İkinci hissənin əvvəlində qonaqlar hesab arasındakı fərqi daha da azaltmaq imkanı əldə etsələr də, Dieqo Qomes fürsətdən yararlana bilməyib. "Brayton"un ikinci qolu isə daha sonra gəlib. Cinahdan edilən ötürmədən sonra top Joao Pedronun ayağından qapıya daxil olub. Bundan bir neçə dəqiqə sonra "Çelsi" yenidən fərqi iki topa çatdırıb. Koul Palmer gözəl zərbə ilə hesabı 4:2 edib. Əlavə olunmuş vaxtda Paskal Qros "Brayton"un üçüncü qolunu vurub. Lakin qonaqlar hesabı bərabərləşdirməyə vaxt tapmayıblar.

"Çelsi" ilk iki turdan sonra altı xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Brayton"un isə üç xalı var. Növbəti turda "Çelsi" sentyabrın 6-da səfərdə "Arsenal"la qarşılaşacaq. "Brayton" isə bir gün əvvəl doğma meydanda "Lids"i qəbul edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər