Digər

Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi

30 Aug 2026, 19:27 4 baxış
Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi

Girnədən Mersin Daşucu limanına gedən sərnişin gəmisinin batması səbəbindən millətimizə və Kipr türk xalqına başsağlığı verirəm. Axtarış-xilasetmə işləri fasiləsiz davam edir. Ümid edirik ki, bu səylərdən müsbət xəbərlər alacağıq.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kursantlarla görüşündə deyib.


Qeyd edək ki, Girnə sahilində sərnişin bərəsinin batmasından sonra indiyə qədər 237 nəfər xilas edilib, 7 nəfər həlak olub. 23 nəfərin axtarışı davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər