Dünya

Batan bərədə Azərbaycan vətəndaşları da olublar

30 Aug 2026, 19:54 5 baxış
Batan bərədə Azərbaycan vətəndaşları da olublar
Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan FİLOJET bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. Hər ikisi xilas edilib. Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib. Cəmiyyət rəhbəri qeyd edib ki, Azərbaycan vətəndaşlarının aparıldığı xəstəxanaya şəxsən zəng edib. "Soydaşlarımız artıq ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar. Onların sağlamlıqları üçün təhlükə yoxdur", - deyə O.Həsənoğlu bildirib. Cəmiyyət rəhbəri Girnə-Tasucu bərəsində həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib. Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər