Digər
Maduro həbsxanadan fotosunu paylaşdı
ABŞ-da həbsdə saxlanılan Venesuela Prezidenti Nikolas Maduro həbsxanadan fotosunu yayımlayıb.
Axar.az xəbər verir ki, Maduro fotonu X sosial şəbəkəsində paylaşıb.
Venesuela prezidenti paylaşımında fotoları nəvələrinə, övladlarına və onları sevən bütün insanlara “sevgi və ümidin kiçik hədiyyəsi” kimi göndərdiyini bildirib. O, həmçinin möhkəm olduqlarını (Maduronun xanımı da həbsdədir - red.) və qəlblərinin yaxınlarının sevgisi ilə dolu olduğunu qeyd edib.
Fotoda Maduro divarın qarşısında gülümsəyərək dayanıb. Onun boz rəngli idman geyimində olduğu görünür.
Mənbə
axar.az