İdman
UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR
Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. AFFA-dan bildirilib ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib. Arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusunu alıb. Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksəksəviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.
Mənbə
oxu.az