Cəmiyyət

Bakının üç rayonunda qaz kəsiləcək - Ünvanlar AÇIQLANDI

30 Aug 2026, 17:00 5 baxış
Bakının üç rayonunda qaz kəsiləcək - Ünvanlar AÇIQLANDI
Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq. Belə ki, Xətai rayonunda R.Quliyev, İ.Əbilov, Sadıqcan, Zığ yolu və Cavanşir küçələri, həmçinin Kombinat ərazisi; Sabunçu rayonunda Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli və M.İbrahimov küçələri, eləcə də Balaxanı qəsəbəsində Fazenda küçəsi; Suraxanı rayonunun Zığ qəsəbəsində isə H.Allahverdiyev, Xanlar, N.Gəncəvi, İ.Süleymanov, R.Göyüşov və S.Həmidov küçələri, həmçinin Zığ şosesinin bir hissəsində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bakının üç rayonunda qaz kəsiləcək - Ünvanlar AÇIQLANDI
Mənbə oxu.az

Oxşar Xəbərlər