İdman
Tailand üzərində qələbə, Kanadaya məğlubiyyət: "Neftçi SOCAR" üçün turnir başa çatdı
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində yarımfinalda mübarizəni dayandırıb. Oxu.Az xəbər verir ki, Bakı klubu 1/4 finalda Tailand millisi ilə qarşılaşıb. Azərbaycan təmsilçisi bu görüşdə 19:12 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda "Neftçi SOCAR" Kanada millisi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 12:22 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, Bakı klubu Dünya Qadın Seriyasının Takasaki mərhələsində finala yüksələ bilməyib.
Mənbə
oxu.az