Digər
Makronun reytinqi kəskin azaldı
Fransa xalqının böyük əksəriyyəti Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətindən narazıdır.
Axar.az xəbər verir ki, bu barədə “Jurnal du Dimanş” qəzeti CSA şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat verib.
Min fransız arasında aparılan sorğunun nəticələrinə əsasən, Makronun reytinqi 7 bənd azalaraq 21 faizə düşüb. Rəyi soruşulanların 79 faizi prezidentin siyasətindən narazı olduqlarını bildiriblər.
Nəşr bildirib ki, Makron bu ilin yanvar ayından bəri tədricən artırdığı bütün reytinqlərini itirib, hətta qurduğu İntibah Partiyasının tərəfdarları arasında da ona qarşı narazılıq artıb.
Mənbə
axar.az