İdman
"Qalatasaray"dan əzmkar qələbə - VİDEO
Türkiyə Superliqasının 3-cü turunda "Qalatasaray" və "Göztəpə" komandaları İstanbulda yerləşən "RAMS Park" stadionunda qarşılaşıblar. Oxu.Az xəbər verir ki, meydan sahibləri 3:2 hesabı ilə əzmkar qələbə qazanıblar.
16-cı dəqiqədə "Göztəpə"nin yarımmüdafiəçisi Novatus Miroşi hesabı açıb. 33-cü dəqiqədə "Qalatasaray"ın müdafiəçisi Davinson Sançes hesabı bərabərləşdirib. 55-ci dəqiqədə braziliyalı Qabriel Sara dəqiq zərbə ilə "Qalatasaray"ı hesabda önə keçirib. 63-cü dəqiqədə hücumçu Viktor Osimhen penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib. 65-ci dəqiqədə "Göztəpə"nin forvardı Juan Santos fərqi azaldıb. "Qalatasaray" turnir cədvəlində birinci pilləyə yüksəlib. Komandanın üç turdan sonra yeddi xalı var. "Göztəpə" isə bir xalla 15-ci sıradadır.

Mənbə
oxu.az