Dünya

Zaporojye AES-də GƏRGİNLİK: Dizel ehtiyatı cəmi 10 günə çata bilər

30 Aug 2026, 01:36 4 baxış
Zaporojye AES-də GƏRGİNLİK: Dizel ehtiyatı cəmi 10 günə çata bilər
Zaporojye Atom Elektrik Stansiyası (ZAES) bir həftədən artıqdır ki, xarici elektrik təchizatından məhrumdur və qəza dizel generatorları ilə işləyir. Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat yayıb. Avqustun 20-də ZAES döyüşlər nəticəsində sonuncu xarici elektrik xəttinə - 330 kV-luq "Ferrospalavnaya-1" xəttinə qoşulmanı itirib. Həmin vaxtdan etibarən altı reaktorun və işlənmiş nüvə yanacağı hovuzlarının soyudulmasını təmin edən nasoslar üçün elektrik enerjisi qəza dizel generatorlarından verilir. BAEA-nın məlumatına görə, avqustun 28-də agentliyin nümayəndələrinə dizel yanacağının təxminən 10 günə kifayət edəcəyi bildirilib. Bu, minimal ehtiyat səviyyəsinə uyğundur. "Xarici elektrik təchizatı bərpa edilməsə və ya yaxın vaxtlarda əlavə dizel yanacağı tədarük olunmasa, stansiya təxminən 10 gün ərzində tamamilə enerjisiz qala bilər", - deyə BAEA-nın baş direktoru Rafael Qrossi bildirib və vəziyyətin təhlükəli olaraq qaldığını vurğulayıb. O həmçinin qeyd edib ki, "Ferrospalavnaya-1" xəttində təmir işlərinin aparılması üçün lokal atəşkəs zonasının yaradılması üzərində çalışır.
Mənbə oxu.az

Oxşar Xəbərlər