Digər
Bu ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırıldı
Danimarka parlamenti hökumətin səfərbərlik yaşına düşən ukraynalı kişilərə bu ölkədə yaşayış icazəsinin verilməsinin dayandırılması təklifini dəstəkləyib.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, indi müvafiq yaşda olan ukraynalı kişilər Danimarkaya gəlib köçkünlər üçün xüsusi qanuna uyğun olaraq yaşayış icazəsi ala bilməyəcəklər. Yalnız hərbi xidmətdən azad olmanı təsdiq edən sənədlərlə bu icazəsi almaq mümkün olacaq. Xüsusi qanuna edilən dəyişiklik cari il iyunun 25-dən sonra təqdim olunan ərizələrə şamil ediləcək.
Mənbə
axar.az