Dünya

Turində "Yuventus" ŞOUSU: "Parma" məğlub edildi - VİDEO

30 Aug 2026, 01:24 4 baxış
Turində "Yuventus" ŞOUSU: "Parma" məğlub edildi - VİDEO
İtaliya A Seriyasının 2-ci turunda "Yuventus" və "Parma" Turindəki "Allianz" stadionunda qarşılaşıblar. Oxu.Az xəbər verir ki, meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. 62-ci dəqiqədə "Yuventus"un hücumçusu Nikolas Qonsales hesabı açıb. 88-ci dəqiqədə yarımmüdafiəçi Teun Koopmeyners ikinci qolu vurub. İlk turda "Yuventus" "Frozinone"ni 1:0 hesabı ilə məğlub edib, "Parma" isə "Kalyari"yə 0:1 hesabı ilə uduzub. Növbəti turda "Yuventus" sentyabrın 6-da evdə "Milan"ı qəbul edəcək. "Parma" isə həmin gün "Monza" ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər