Dünya
Rusiyanın Buçaya zərbəsi: 27 nəfər həlak olub, 42 nəfər yaralanıb - VİDEO
Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər ölüb, 42 nəfər, o cümlədən dörd uşaq xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
Onun sözlərinə görə, ölənlər arasında zərbədən sonra hadisə yerinə ilk gedənlərdən biri olan Dmitrovka icmasının rəhbəri Taras Didıç da var. Hadisə yerində qəza-xilasetmə və yanğınsöndürmə işləri və dağıntıların təmizlənməsi tədbirləri davam edir. Bildirilir ki, yaralanan 42 nəfərin hamısına tibbi yardım göstərilib, onlardan 7-si xəstəxanaya yerləşdirilib. Məlumata görə, təhlükə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib. İlkin məlumatlara görə, hücum nəticəsində 50-yə yaxın fərdi yaşayış evinə müxtəlif səviyyəli ziyan dəyib.

Mənbə
oxu.az