Dünya
Kamçatkada eyni vaxtda dörd vulkan aktivləşib - FOTO
Rusiya Federasiyasının Kamçatka yarımadasında eyni vaxtda bir neçə vulkanın püskürməsi davam edir və bu, yerli hava yolları üçün ciddi təhlükə yaradır. Oxu.Az-ın Kamçatka Vulkan Püskürmələrinə Reaksiya Qrupunun (KVERT) məlumatlarına istinadən verdiyi xəbərə görə, avqustun 28-də Klyuçevskaya sopka vulkanında dəniz səviyyəsindən təxminən 6500 metr hündürlüyə kül püskürməsi qeydə alınıb. Hadisə yerli vaxtla saat 13:25-də (Bakı vaxtı ilə 05:25) baş verib. Hündürlüyü 4750 metr olan Klyuçevskoy vulkanında zirvənin partlayışlı püskürməsi davam etməkdədir. KVERT mütəxəssisləri hər gün kraterdə lavanın fəvvarə vurması ilə müşayiət olunan strombol tipli aktivlik müşahidə edirlər. Vulkandan qalxan kül dumanları şərq istiqamətində 430 kilometrə qədər uzanıb. Klyuçevskoy üçün aviasiya təhlükəsizliyi kodu "narıncı" olaraq təyin edilib: bu isə o deməkdir ki, istənilən vaxt külün 8 kilometrə qədər yüksəlməsi mümkündür və yaranan kül buludları yerli aviareyslər üçün risk daşıyır.
"KVERT-in peyk məlumatlarına əsasən, həftə ərzində vulkanda termal anomaliya müşahidə olunub; kül şleyfləri vulkandan şərqə doğru 430 kilometrədək yayılıb", - deyə KVERT-in hesabatında vurğulanır. Oxşar "narıncı" təhlükə kodu Şiveluç vulkanına da verilib. Onun partlayıcı püskürməsi dayanmır, lava günbəzinin şimal hissəsində yeni lava bloku formalaşır. Burada külün 12 kilometrə qədər sovrulması ehtimal olunur ki, bu da beynəlxalq aviasiya xətləri üçün artıq təhlükə sayılır. Bezımyannıy və Kraşeninnikov vulkanları isə "sarı" təhlükə səviyyəsindədir. Hər iki vulkanda effuziv püskürmə prosesi gedir: lava axınları tökülür, buxar-qaz aktivliyi və termal anomaliyalar qeydə alınır. Kraşeninnikovda lava şərq yamacları boyu axır. Bütün vulkanlar Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun alimləri tərəfindən davamlı olaraq izlənilir.

Mənbə
oxu.az