Dünya

NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər

29 Aug 2026, 14:12 3 baxış
NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər
"SpaceX" şirkəti 2027-ci ildən başlayaraq "Starship" kosmik gəmisinin sınaq uçuşlarını təqribən hər həftə reallaşdırmağa başlaya bilər. Oxu.Az xəbər verir ki, bu proqnozu ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "Fox News" telekanalının efirində səsləndirib. "Düşünürəm ki, 2027-ci ildən etibarən "Starship"in, demək olar ki, hər həftə buraxılışlarını görəcəksiniz", - deyə o bildirib. Ayzekman qeyd edib ki, "SpaceX", həmçinin Aya eniş modulunun yaradılması üzərində işləyir. Bildirilir ki, şirkətin planlarına əsasən, "Starship" müxtəlif versiyaları yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, eləcə də Ay, Mars və digər səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün istifadə edilə biləcək universal kosmik sistem olacaq. Bu kosmik kompleksin hər iki əsas hissəsinin - təkrar istifadə imkanına malik "Super Heavy" daşıyıcısının və "Starship" gəmisinin geri qayıdarkən şaquli formada eniş edəcəyi proqnozlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər