Cəmiyyət

Sitalçayda qatar minik avtomobili ilə toqquşdu - TƏFƏRRÜAT

29 Aug 2026, 14:59 4 baxış
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu - TƏFƏRRÜAT
Xızı rayonunun Sitalçay kəndində baş verən qəzanın təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dəmir yolunun qorunmayan hissəsində qeydə alınıb. Belə ki, sürücü avtomobil yolu olmayan ərazidən dəmiryol xəttinin üzərindən keçmək istəyərkən qəza baş verib. Hadisə nəticəsində sürücü xəsarət almayıb. Avtomobilin isə ön hissəsinə ciddi ziyan dəyib. Xızı rayonunun Sitalçay kəndində minik avtomobili qatarla toqquşub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dəmiryol keçidində qeydə alınıb. Qəza nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər