İdman
"Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram"
Paytaxtın "Neftçi" klubunun heyətinə yeni qatılan Denzel Jubitana transferi ilə bağlı ilk təəssüratını bölüşüb. Oxu.Az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında deyib. Belçikalı vinger yaşıl meydandakı fərdi oyun üslubundan və bacarıqlarından bəhs edib: "Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram. Mən bu klub üçün hər şeyimi verməyə hazıram. Ən qısa zamanda görüşənədək, dostlar". Xatırladaq ki, "Neftçi" rəhbərliyi belçikalı oyunçu Denzel Jubitana ilə ikiillik rəsmi müqaviləyə imza atıb.
Mənbə
oxu.az